News Image 1

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə dəstəyi dayandırdı

14-10-25

Myserver.az: "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə dəstəyi rəsmi olaraq dayandırıb.

Məlumata əsasən, oktyabrın 14-dən etibarən sistem üçün artıq texniki yardım, təhlükəsizlik yeniləmələri və komponent yeniləmələri təqdim olunmayacaq.

Bununla belə, istifadəçilərin kompüterlərində artıq quraşdırılmış əməliyyat sistemi işləməyə davam edəcək, lakin yenilənmələr almayacaq.