News Image 1

Azərbaycanda 9 milyon manatlıq internet provayderinin kapitalı azaldılır

16-03-26

Myserver.az: "Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı azaldılır.

Bu barədə MMC özü elan edib.

Bildirilib ki, “Aznet Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon 3,836 min manat həcmində azaldılaraq 3 milyon 96,154 min manat manat müəyyən edilir. Buna qədər isə şirkətin nizamnamə kapitalı 9 milyon 99,99 min manat idi.

Qeyd edilib ki, kreditorlar tələblərini şirkətin hüquqi ünvanına göndərə bilərlər.

Sözügedən internet provayder 2023-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Heydərov Kamran Avtandil oğludur.