News Image 1

Android smartfonlarında təhlükəli virus aşkarlanıb

27-11-25

Myserver.az:  Android smartfonlarında ekranın məzmununu oxuya bilən “Sturnus” adlı virus tapılıb. Bu barədə Android Authority nəşri məlumat yayıb.

Qeyd olunur ki, virus təkcə qurbanın ekranındakı məzmunu izləməklə kifayətlənmir, həm də məlumatların şifrələnməsi sistemlərini keçə bilir. Məsələn, Sturnus Telegram və Signal messencerlərindəki mesajlara giriş əldə edə bilib.

Ekran vasitəsilə virus parollar toplaya, bank tətbiqlərindəki məlumatları öyrənə, yazışmaları oxuya və smartfondakı digər məlumatları təhlil edə bilir.

Ekspertlərin sözlərinə görə, virus Google Chrome və digər populyar tətbiqlər kimi maskalanır. Çox güman ki, o, internetdəki apk faylları vasitəsilə yayılır.